Azərbaycan Ordusunda atəş hazırlığı üzrə çalışmalar yerinə yetirilib - VİDEO

Atəş hazırlığı üzrə praktiki çalışmalar

© APA | Atəş hazırlığı üzrə praktiki çalışmalar

# 16 may 2022 16:30 (UTC +04:00)

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarının N hərbi hissəsində atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmaları yerinə yetirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, çalışmalara cəlb olunan heyətə təhlükəsizlik qaydaları və atışın şərtləri çatdırılıb.
Atışdan əvvəl atəş hazırlığı üzrə normativlər yerinə yetirilib.
Hərbi qulluqçular əvvəlcədən hazırlanmış mövqedən hədəfə yerindən atəş açmaq üzrə tapşırıqları uğurla icra ediblər.
Təlim prosesi Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR