Azərbaycan Ordusunda döyüş atışlı təlimlər keçirilib - VİDEO

Quru Qoşunlarının raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlimlər

© APA | Quru Qoşunlarının raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlimlər

# 05 may 2022 12:14 (UTC +04:00)

Cari ilin hazırlıq planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Xəbərə görə, cəmləşmə rayonlarına çıxarılan raket və artilleriya bölmələri təyin olunmuş yerlərdə atəş mövqelərini tutublar. Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəfləri bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.
Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla keçirilən təlimin əsas məqsədi raket və artilleriya bölmə komandirlərinin müasir döyüşü idarətmə qabiliyyətinin təkmilləşdirilməsi, peşəkarlığın yüksəldilməsi, eləcə də şəxsi heyətin döyüş vərdişlərinin artırılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR