Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib - FOTO

Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib - FOTO
# 07 avqust 2022 10:59 (UTC +04:00)

Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, avqustun 7-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

APA-ya Müdafiə Nazirliyindən verilən məlumata görə, andiçmə mərasimləri Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrində rituala uyğun olaraq təşkil edilib, gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR