Azərbaycan Ordusunda tabor komandirləri ilə toplanışlar keçirilir - FOTO

Tabor komandirləri ilə toplanışlar keçirilir

© APA | Tabor komandirləri ilə toplanışlar keçirilir

# 08 yanvar 2022 12:12 (UTC +04:00)

2022-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplanışlar keçirilir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, toplanışlarda zabitlərin bilik və bacarıqları, eyni zamanda fiziki hazırlığı qiymətləndirilir, müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri təkmilləşdirilir.

Keçirilən toplanışların əsas məqsədi zabitlərin bölmələri idarəetmə üzrə nəzərə bilikləri və peşəkarlıq səviyyələrinin artırılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR