Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb - VİDEO

Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb  - VİDEO
# 01 avqust 2022 18:38 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qarşıya qoyduğu tələblərə, müdafiə nazirinin əmr və sərəncamlarına əsasən qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanmasını təmin etmək məqsədilə Azərbaycan Ordusunda təlim-tədris prosesi davam etdirilir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, 2022-ci il üzrə təsdiq edilmiş döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrü başlanması ilə əlaqədar mərasimlər keçirilib.
Mərasimlərdə döyüş bayrağı sıra meydanına gətirilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.
Çıxış edənlər müdafiə nazirinin yeni tədris dövrünün başlanması ilə bağlı əmr və tələblərini, Azərbaycan Ordusunun qarşında duran vəzifələri, eləcə də digər məsələləri şəxsi heyətin diqqətinə çatdırıblar.
Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.
Qeyd edək ki, yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrin döyüşə hazırolma vəziyyətinin yoxlanması üzrə tədbirlər həyata keçiriləcək. Bölmələr həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edərək təlim mərkəzlərinə və ümumqoşun poliqonlarına hərəkət edəcəklər.
Vətən müharibəsindən, eləcə də müasir döyüş əməliyyatlarından öyrənilən təcrübələrin tətbiq edilməsi ilə keçiriləcək dərslərdə əsas diqqət komanda-idarəetmə və qoşunlar arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsi, o cümlədən bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR