Azərbaycan Ordusunun döyüş təyyarələri və helikopterləri təlim-məşq uçuşları keçirir - VİDEO

Azərbaycan Ordusunun döyüş təyyarələri və helikopterləri təlim-məşq uçuşları keçirir - VİDEO
# 04 avqust 2022 12:52 (UTC +04:00)

Cari ilin tədris dövrünün hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri və helikopterləri ilə təlim-məşq uçuşları keçirilir.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.
Xəbərə görə, hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir.
Təlimdə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması üzrə tapşırıqlar pilotlar tərəfindən müvəffəqiyyətlə icra olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR