Azərbaycan Ordusunun əsgəri avtomat silahdan açılan atəş nəticəsində ölüb - VİDEO

Azərbaycan Ordusunun əsgəri avtomat silahdan açılan atəş nəticəsində ölüb  - VİDEO
# 14 iyul 2022 09:12 (UTC +04:00)

İyulun 13-ü saat 23 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Manafzadə Ruslan Şərif oğlu avtomat silahdan açılmış atəş nəticəsində ölüb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, faktla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR