Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb

Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb
# 26 iyul 2022 19:45 (UTC +04:00)

İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı baş verib.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsbəndiyarov Vüqar Tofiq oğlu xəsarət alıb.

Bildirilib ki, o, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR