Azərbaycan Ordusunun hərbçisi vəfat edib - VİDEO

Azərbaycan Ordusunun hərbçisi vəfat edib - VİDEO
# 10 noyabr 2022 12:45 (UTC +04:00)

Azərbaycan Ordusunun hərbi qulluqçusu Baxışov Cavan Cavanşir oğlu məzuniyyətdə olarkən noyabrın 9-u axşam saatlarında ürək çatışmazlığından vəfat edib.

Bu barədə Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR