Azərbaycan Ordusunun iki hərbçisi xəstəlikdən vəfat edib

Azərbaycan Ordusunun iki hərbçisi xəstəlikdən vəfat edib
# 12 iyun 2022 16:12 (UTC +04:00)

Azərbaycan Ordusunun hərbi qulluqçuları tibb xidməti polkovnik leytenantı Quliyev Fikrət Tofiq oğlu və gizir Qəmbərov Ruzi Adil oğlu xəstəlikdən vəfat ediblər.

Müdafiə Nazirliyindən APA-ya bildiriblər ki, polkovnik leytenant F.Quliyev uzun müddət onkoloji xəstəlikdən, gizir R.Qəmbərov isə sol arxa beyin arteriyası hövzəsinin işemik insultu, serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə olunurdular. Həkimlərin səyinə baxmayaraq hərbi qulluqçularımızın həyatını xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi dünyasını dəyişən hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR