Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqeləri yenidən atəşə tutulub - VİDEO

Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqeləri yenidən atəşə tutulub - VİDEO
# 07 noyabr 2022 08:37 (UTC +04:00)

Noyabrın 6-sı saat 19:35-dən 21:50-dək fasilələrlə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı və Bəzirxana yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR