Azərbaycan ordusunun Kəlbəcər və Laçın istiqamətindəki mövqeləri yenidən atəşə tutulub

Azərbaycan ordusunun Kəlbəcər və Laçın istiqamətindəki mövqeləri yenidən atəşə tutulub
# 07 sentyabr 2022 08:35 (UTC +04:00)

Sentyabrın 6-sı saat 19:50-dən 7-si saat 01:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Qarakilsə rayonunun Noravan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik və Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR