Azərbaycan Ordusunun tank bölmələrində çalışmalar yerinə yetirilib - VİDEO

Azərbaycan Ordusunun tank bölmələrində çalışmalar yerinə yetirilib - VİDEO
# 14 iyun 2022 10:23 (UTC +04:00)

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunun tank bölmələrində sürücülük və atəş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Tank heyətləri ərazidə təbii və süni maneələri dəf edərək döyüş maşınlarının idarə olunması vərdişlərini daha da təkmilləşdirib. Atəş hazırlığı üzrə çalışmalarda hədəflərin məhv edilməsi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR