Azərbaycan Ordusunun zabiti: “Düşməndən azad edilmiş ərazilərdə xidmət etdiyim üçün qurur duyuram”

Bilal Bayramov

© APA | Bilal Bayramov

# 01 sentyabr 2022 11:01 (UTC +04:00)

"Artıq bir neçə gündür ki, Laçın şəhəri, Zabux və Sus kəndləri ordumuzun tam nəzarətindədir. Biz də buraya xidmətə göndərilmişik. Düşməndən azad edilmiş ərazilərdə xidmət etdiyim üçün qurur duyuram".

Bunu APA-nın Laçın şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan Ordusunun zabiti Bilal Bayramov deyib.

Zabit bildirib ki, Ermənistanın genişmiqyaslı təxribatlarına qarşı Ali Baş Komandanın əks-hücum əmrini həmişə gözləyiblər: "Ordumuzun qalib gələcəyinə əminiydik. Uzun illər bu müqəddəs vəzifənin icrasına hazırlaşırdıq. Ali Baş Komandanın əmrini uğurla, ruh yüksəkliyi ilə, cəsarətlə icra etdik, qorxmadan, çəkinmədə, əzmlə, inamla irəlilədik.

Ali Baş Komandanın qətiyyəti, xalqımızın həmrəyliyi və ordumuzun qüdrəti sayəsində bu döyüşlərdə qalib gəldik, nəticədə 30 illik yurd həsrətinə son qoyuldu, işğalda olan torpaqlarımız azad edildi. Qarşı tərəf üzərində qalib gəldikcə, şəhər və kəndlərimizi azad etdikcə, ruh yüksəkliyimiz daha da artırdı".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR