Azərbaycan qırıcıları Türkiyədə təlimdə iştirak edir - VİDEO

Azərbaycan qırıcıları Türkiyədə təlimdə iştirak edir - VİDEO
# 19 iyun 2022 00:03 (UTC +04:00)

Türkiyə Milli Müdafiə nazirliyi iyunun 20-də Türkiyədə keçirilən “Anadolu Qartalı- 2022” təliminə qatılacaq ölkələrin hazırlıq uçuşları ilə bağlı video yayımlayıb.

APA xəbər verir ki, bu barədə nazirlik “Twitter” səhifəsində paylaşım edib.

“2022 - ci il 20 iyun - 1 iyul tarixləri arasında həyata keçirilməsi planlaşdırılan “Anadolu Qartalı - 2022” təliminə qatılacaq Hərbi Hava Qüvvələrimizin təyyarələri ilə dost və müttəfiq ölkə təyyarələrinin Konyadakı 3-cü Əsas Jet Baza Komandanlığına təhvil verilməsinin görüntüləri”,- deyə paylaşımda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR