Səfir Türkiyədə azərbaycanlı qazilərlə görüşüb

Səfir Türkiyədə azərbaycanlı qazilərlə görüşüb
# 20 may 2022 14:30 (UTC +04:00)

Azərbaycanın səfirliyində Türkiyəyə səfər etmiş qazilərimizlə görüş keçirilib.

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən APA-nın İstanbul müxbirinə məlumat verilib.

Görüşdə diplomatlar, Səfirlik nəzdindəki Hərbi attaşelik aparatının əməkdaşları, eləcə də Türkiyə Müharibə Qaziləri Dərnəyinin və Təqaüddə olan Gizirlər Dərnəyinin nümayəndələri də iştirak edib.

Səfir Rəşad Məmmədov qaziləri salamlayaraq, onların 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığın hər bir Azərbaycan gənci üçün örnək təşkil etdiyini bildirib.

Səfir Azərbaycan dövlətinin qazilərə göstərdiyi yüksək diqqətdən danışaraq, bir çox qazimizin məhz qardaş Türkiyədə müalicə aldığını və reabilitasiya keçdiyini qeyd edib, türk həkimlərinin onlara xüsusi qayğısını vurğulanıb. Səfir Rəşad Məmmədov türkiyəli qazilərin azərbaycanlı qardaşlarına mənəvi və psixoloji dəstəyinin mühüm önəmini də vurğulayıb.

Görüşdə qazilər də öz fikirlərini ifadə edib, dövlətin onlara qayğı və diqqətindən razılıq edib və təkliflərini səsləndirib.

Qeyd edək ki, azərbaycanlı qazilər Türkiyənin müharibə qaziləri dərnəyinin dəvəti və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyəyə səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR