Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin müzakirə etdikləri məsələlər açıqlanıb

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin müzakirə etdikləri məsələlər açıqlanıb
# 02 fevral 2023 12:17 (UTC +04:00)

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Türkiyəyə səfəri çərçivəsində Qarsda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə milli müdafiə naziri Hulusi Akarla üçtərəfli formatda görüş keçirib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, müdafiə nazirləri regional inkişaf və müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

"Görüşdə hər üç ölkənin hərbçilərini bir-birinə yaxınlaşdıran və qarşılıqlı əməliyyat qabiliyyətini gücləndirən birgə hərbi təlim və məşqlərin önəminə diqqət çəkilib. Regionun təhlükəsizliyi və sabitliyinə xidmət edən müdafiə sahəsində üçtərəfli əməkdaşlıq formatının vacibliyi qeyd edilib”, - Gürcüstan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR