Azərbaycan və Almaniya hərbçilərinin işçi görüşü olub - FOTO

Azərbaycan və Almaniya hərbçilərinin işçi görüşü olub - FOTO
# 26 may 2023 13:04 (UTC +04:00)

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Almaniya Federativ Respublikası (AFR) Federal Müdafiə Nazirliyi arasında “Əməkdaşlıq danışıqları” tədbirləri çərçivəsində Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində bu ölkənin Strateji Kommunikasiya Məsələləri üzrə bir qrup zabiti ilə işçi görüş keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasının icrası ilə bağlı yaradılmış işçi qrupunun iştirakı ilə keçirilən görüşdə almaniyalı nümayəndələrə nazirliyin kommunikasiya sahəsində fəaliyyəti, o cümlədən 44 günlük Vətən müharibəsində informasiya və psixoloji əməliyyatlara qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verilib.

Qonaqlar Strateji Kommunikasiya, o cümlədən ictimaiyyətlə əlaqələr işinin təşkili və digər mövzulara dair brifinqlər təqdim ediblər.

Görüşdə kommunikasiya sahəsində təcrübə mübadiləsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb.

Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Nazirliyinin mətbu orqanlarında, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də, "İctimai Televiziya və Radio Yayımları" Şirkətində və Bakı Media Mərkəzində olublar. Qonaqlara burada hərbi vətənpərvərlik sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR