Azərbaycan və Rusiya müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib - YENİLƏNİB

Azərbaycan və Rusiya müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib - YENİLƏNİB
# 02 avqust 2022 19:28 (UTC +04:00)

Müdafiə Nazirliyi Azərbaycan və Rusiyanın müdafiə nazirləri arasında telefon danışığına dair məlumat yayıb.

APA xəbər verir ki, Azərbaycan MN-in yaydığı məlumatda qeyd olunub ki, avqustun 2-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.
Məlumata görə, telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

***

19.17

Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər regional təhlükəsizlik məsələlərini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR