Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçib

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçib
# 02 iyul 2022 17:41 (UTC +04:00)

Azərbaycan və türkiyəli hərbçilərin iştirak etdiyi birgə təlimlərdə müxtəlif tapşırıqlar icra edilib.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, hərbi qulluqçular təlimin ssenarisinə uyğun olaraq axtarış-xilasetmə, yaralıların döyüş meydanından təxliyəsi və digər tapşırıqları yerinə yetiriblər.
Təlimdə qarşıya qoyulan tapşırıqlar hər iki qardaş ölkənin hərbçiləri tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilərək uğurla icra olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR