Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb - VİDEO - YENİLƏNİB

Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb  - VİDEO  - YENİLƏNİB
# 08 iyun 2022 20:30 (UTC +04:00)

Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə "Efes-2022" beynəlxalq təlimini izləmək üçün qardaş ölkədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 8-də İzmir şəhərində türkiyəli həmkarı ilə görüşüb.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, keçirilən birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyəti qeyd olunub.

***

Saat 20:13

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Silahlı Qüvvələrin ən böyük təlimlərindən biri olan “EFES-2022” təlimini izləmək üçün bu ölkəyə səfər gələn Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Görüş zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri, xüsusilə hərbi təlim sahəsində əməkdaşlıq və müdafiə sənayesi ilə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR