Azərbaycana minatəmizləmə avadanlıqları və minaaxtaran itlər gətiriləcək

Azərbaycana minatəmizləmə avadanlıqları və minaaxtaran itlər gətiriləcək
# 07 yanvar 2022 15:05 (UTC +04:00)

“Minatəmizləmə əməliyyatlarının vaxtı – vaxtında və dəqiqliklə icra edilməsi üçün şəxsi heyətin mərhələli şəkildə artırılması davam edir. 2021-ci ildə 239 nəfər yeni müdavim təlim və akkreditasiyadan keçərək, əməliyyatlara cəlb olunub. Bu il üzrə də sahə işçi heyətinin sayının artırılması nəzərdə tutulub və inanırıq ki, daha böyük miqyasda ərazilərin təmizlənmisinin öhdəsindən gələcəyik”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, maddi-texniki bazanın genişləndirilməsi istiqamətində xüsusi təyinatlı minatəmizləmə maşınları, maqnetik-lokator və detektorlar, minaaxtaranın alət çantası, həmçinin qoruyucu geyim dəstlərinin sayı artırılıb: “Ötən il imzalanan müqavilələrə əsasən 2022-ci ildə də Azərbaycana əlavə texnika və avadanlıqların gətirilməsi planlaşdırılır”.

V. Süleymanov qeyd edib ki, minatəmizləmə əməliyyatına cəlb edilən xüsusi təlim keçmiş itlərin sayında əlavələr oldu: “Marşal İrsi İnstitutu (MLİ) ilə memorandum imzalandı, 2023-cü ilədək ANAMA-ya 30 baş minaaxtaran itin təhvil verilməsi nəzərdə tutulub. Bunlardan 20 baş minaaxtaran it artıq Agentliyə göndərilib. Qeyd edim ki, xüsusi təlim keçən itlərin 12-si ANAMA-nın maliyyəsi, 18-i isə fərdi donorların ianəsi hesabına alınıb. Növbəti illərdə mövcud olan əməkdaşlığın davam etdirilməsi və yeni itlərin gətirilməsi gözlənilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR