Azərbaycana yeni minatəmizləmə avadanlıqları gətiriləcək

# 05 sentyabr 2022 12:39 (UTC +04:00)

“Prezidentin tapşırığına uyğun olaraq, ötən ildən yeni alətlər və avadanlıqları ölkəyə gətirmişik. Hazırda bu proses bu gün də davam edir”.

APA xəbər verir ki, bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq yeni alətlər və avadanlıqların böyük bir hissəsi Azərbaycana gətirilib: “İlin sonunadək də qalan hissə ölkəyə gətiriləcək. Lazım olduqca da yeni avadanlıqların ölkəyə gətirilməsi davam etdiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR