Azərbaycanda 5 adda yeni müdafiə təyinatlı məmulat yaradılıb

Azərbaycanda 5 adda yeni müdafiə təyinatlı məmulat yaradılıb
# 17 mart 2023 11:04 (UTC +04:00)

Hesabat ilində Müdafiə Sənayesi Nazirliyinin tabeli birlik və müəssisələrində 160 adda müdafiə təyinatlı məmulatlar istehsal edilərək güc strukturlarına təhvil verilib.

APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, 2022-ci ildə 47 mövzu üzrə təcrübi-konstruktor işləri aparılaraq Nazirliyin tabeliyində olan müəssisələr tərəfindən 5 adda müdafiə təyinatlı məmulatların yaradılma işləri tam başa çatdırılıb və silahlanmaya tövsiyə olunub.

İstehsal proqramına uyğun müdafiə təyinatlı məmulatların istehsalı, təmiri və utilizasiyası üzrə bağlanmış müqavilələrin ümumi həcmi hesabat dövrü üzrə 65244,0 min manat təşkil edib.

Dövlət büdcəsindən sifarişçi təşkilatlara ayrılmış maliyyə resurslarına uyğun olaraq, Müdafiə Nazirliyinin və digər güc strukturlarının sifarişləri üzrə müdafiə təyinatlı məhsulların istehsalı, təmiri və utilizasiyasına dair bağlanılmış müqavilələrin icrası təmin edilib.

Qeyd edilib ki, artıq Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların və onların ehtiyat hissələrinin çeşidlərinin sayı 1000-dən çoxdur.

2022-ci ilin İstehsal Proqramında 62 adda zirehli texnikanın, atıcı silah və digər əmlakın təmiri nəzərdə tutulub və onların təmiri üzrə müqavilələr imzalanaraq tam icra olunub.

Hesabat ilində Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən 11,4 milyon manat məbləğində mülki və ikili təyinatlı məhsul istehsal edilib. Bu da əvvəlki illə müqayisədə 21,1% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR