Azərbaycanda “Deneyap” texnologiya mərkəzi açılıb

Azərbaycanda “Deneyap” texnologiya mərkəzi açılıb
# 16 yanvar 2023 23:41 (UTC +04:00)

Türkiyə Texnologiya Komandası Vəqfi Azərbaycanda “Deneyap” texnologiya mərkəzi açıb.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə “HaberTürk” telekanalına müsahibəsində “Baykar Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar bildirib.

O qeyd edib ki, mərkəzin açılışı “Teknofest Azerbaycan”ın keçirilməsindən sonra baş tutub. Haluk Bayraktar əlavə edib ki, şirkətin məhsullarının ixrac olunduğu ölkələrdən olan 200 tələbəyə təqaüd verib.

Haluk Bayraktar əlavə edib ki, şirkətin texniki direktoru Selcuk Bayraktar Azərbaycanda texnologiya şirkəti təsis edib.

Bundan əlavə, onun sözlərinə görə, bu gün şirkətə qarşı xarici ölkələrdə qarayaxma kampaniyasının aparıldığı hallar da olur: “Azərbaycanın 44-günlük müharibədə “Bayraktar-TB2” PUA-ları ilə torpaqlarını erməni işğalından azad etdiyindən sonra erməni lobbisi “Baykar Teknoloji” şirkətinə qarşı düşmən mövqe sərgiləyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR