Azərbaycanda hərbi cinayətlər azalıb

Azərbaycanda hərbi cinayətlər azalıb
# 21 yanvar 2022 15:04 (UTC +04:00)

2020-ci illə müqayisədə 2021-ci ildə qeydə alınmış tabeçilik qaydaları əleyhinə cinayətlər 6 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 42,4 faiz azalıb.

APA xəbər verir ki, bunu Hərbi Prokuror Xanlar Vəliyev ötən ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında bildirib.

O qeyd edub ki, hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 25 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 20,8 faiz, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 17,6 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 7,1 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 25 faiz azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR