Azərbaycanda qadınların minaaxtarma əməliyyatlarına cəlb olunmasına başlanıb - VİDEO

Azərbaycanda qadınların minaaxtarma əməliyyatlarına cəlb olunmasına başlanıb - VİDEO
# 28 fevral 2023 14:00 (UTC +04:00)

Azərbaycanda qadınların minaaxtarma əməliyyatlarına cəlb olunması ilə bağlı işlərə start verilib.

APA-nın Ağdama ezam olunan müxbiri xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri jurnalistlərə açıqlamasında Vüqar Süleymanov deyib.

O bildirib ki, hazırda proses seçim mərhələsidir: "Qadınlar ərazilərdə minaxtarma əməliyyatlarına cəlb olunması üçün bir müddət lazımdır. Seçim turu başa çatdıqdan sonra qadınlar treninqlərə cəlb ediləcəklər. Treninqlərdən sonra imtahanları verə bilən qadınlar minaaxtarma işlərinə cəlb olunacaqlar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR