Azərbaycanın 2022-ci ildə ixrac etdiyi hərbi məhsulların həcmi açıqlanıb

Azərbaycanın 2022-ci ildə ixrac etdiyi hərbi məhsulların həcmi açıqlanıb
# 17 mart 2023 11:04 (UTC +04:00)

Hesabat ilində ixrac potensialının genişləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi təmin edilib.

APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, hazırda müxtəlif ölkələrə Azərbaycan istehsalı olan hərbi məhsullar ixrac edilir. Hesabat dövründə ixrac üçün istehsal edilmiş məmulatların həcmi kooperasiya nəzərə alınmaqla, 206270,5 min manat, o cümlədən mülki məhsullar üzrə 669,2 min manat təşkil edib.

2022-ci ildə hərbi texniki sahədə əməkdaşlığın gücləndirilməsi məqsədilə Türkiyə Respublikası, Belarus Respublikası, Qana Respublikası, İsrail Dövləti, Çexiya Respublikası, Serbiya Respublikası və Pakistan İslam Respublikasının yüksək səviyyəli nümayəndələri ilə görüşlər keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR