Azərbaycanın Baş Qərargah rəisi ABŞ-a səfər edib

Azərbaycanın Baş Qərargah rəisi ABŞ-a səfər edib
# 28 noyabr 2022 17:43 (UTC +04:00)

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında səfərdədir.

APA xəbər verir ki, bu barədə MN məlumat yayıb. Xəbərə görə, səfər zamanı nümayəndə heyətinin ABŞ-ın hərbi rəhbərliyi və “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində Oklahoma ştatında görüşlərin keçirilməsi planlaşdırılır.
Qeyd edilib ki, səfər çərçivəsində Azərbaycan Ordusu ilə Oklahoma Milli Qvardiyası arasında əməkdaşlığın 20 illiyi münasibətilə bir sıra tədbirlər təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR