Azərbaycanın hərbi gəmiləri Rusiyada səfərdədir

Azərbaycanın hərbi gəmiləri Rusiyada səfərdədir
# 28 iyul 2022 10:30 (UTC +04:00)

Azərbaycan Respublikası və Rusiya Federasiyası Müdafiə nazirlikləri arasında birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) "G-121" və “G-129” gözətçi gəmiləri Rusiya Federasiyasında səfərdədir.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərə görə, hərbi dənizçilərimizin Rusiya Federasiyasının Xəzər Dəniz Flotilyasının Kaspiysk Limanında təntənəli qarşılanma mərasimi keçirilib.

Qeyd olunub ki, Azərbaycan HDQ-nin gəmi və şəxsi heyəti bir sıra tədbirlərdə iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR