Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları keçirir - VİDEO

Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları keçirir - VİDEO
# 30 mart 2023 11:26 (UTC +04:00)

Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri 2023-cü ilin hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarını icra edir.

MN-dən APA-ya verilən məlumata görə, uçuşlardan öncə hərbi pilotlar ən müasir trenajorlarda uçuş vərdişlərini məşq etdirir, eləcə də heyətə təhlükəsizlik qaydaları çatdırılır, daha sonra praktiki uçuşlar həyata keçirilir.
Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir.
Qalxma və enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək peşəkarlıqla icra olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR