Azərbaycanın müdafiə naziri Türkiyəyə səfər edib - YENİLƏNİB

Azərbaycanın müdafiə naziri Türkiyəyə səfər edib - YENİLƏNİB
# 01 fevral 2023 23:23 (UTC +04:00)

Qış təlimlərini izləmək üçün Türkiyənin Qars şəhərinə gedən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovu hava limanında Türkiyənin müdafiə naziri Hulusi Akar qarşılayıb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin saytında məlumat verilib.

***

19.17

Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də bu ölkəyə səfər edib.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Səfər çərçivəsində general-polkovnik Zakir Həsənovun qardaş ölkədə keçirilən "Qış təlimi - 2023" beynəlxalq təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirakı planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR