Azərbaycanın NATO-dakı nümayəndəsi Stoltenberqin müavini ilə görüşüb

Azərbaycanın NATO-dakı nümayəndəsi Stoltenberqin müavini ilə görüşüb
# 10 fevral 2023 16:01 (UTC +04:00)

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO Baş katibinin müavini Mirça Ceoana ilə görüşüb.

Nümayəndəlikdən APA-ya verilən xəbərə görə, görüş zamanı NATO-Azərbaycan tərəfdaşlığı, Azərbaycanın beynəlxalq sülh və təhlükəsizlik, habelə enerji təhlükəsizliyinə verdiyi töhfələr ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Nümayəndəliyin başçısı Azərbaycan-Ermənistan arasında normallaşma prosesi və regiondakı vəziyyət barədə Mirça Ceoanaya məlumat verib.

Mirça Ceoana Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarını çatdırmağı xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR