Bakıda NATO-nun təlim kursu keçirilir

NATO-nun təlim kursu

© APA | NATO-nun təlim kursu

# 01 iyun 2022 12:33 (UTC +04:00)

Müdafiə Nazirliyinin (MN) NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Milli Müdafiə Universitetinin tərkibində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda NATO-nun Brunssum şəhərində (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən "NATO-da əməliyyatın planlama prosesi" mövzusunda təlim kursu keçirilir.

Bu barədə APA-ya MN-dən məlumat verilib.
Kurs müddətində dinləyicilərə NATO haqqında ümumi məlumat, ştat strukturu və əməliyyatların planlama prosesi ilə bağlı müxtəlif sahələr üzrə brifinqlər təqdim olunur.
Həmçinin mövzuya dair fikir mübadiləsi aparılaraq, praktiki qrup çalışmaları yerinə yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR