Baş katibin müşaviri: Azərbaycan NATO-nun yaxın tərəfdaşıdır

Baiba Braze

© APA | Baiba Braze

# 22 noyabr 2022 14:46 (UTC +04:00)

Azərbaycan NATO-nun yaxın tərəfdaşıdır.

APA xəbər verir ki, bunu ADA Universitetində keçirilən "Davamlı Sabah üçün Qadınlar" mövzusunda yüksək səviyyəli konfransda NATO Baş katibinin ictimai diplomatiya üzrə müşaviri Baiba Braze videoformatda çıxışı zamanı deyib.

“Azərbaycan NATO-nun yaxın tərəfdaşıdır. Bizim əlaqələrimizin tarixi 1992-ci ilə gedir. 1994-cü ildə Azərbaycan NATO-nun sülhməramlılar proqramına qoşuldu, Kosovaya göndərilən sülhməramlıların tərkibində təmsil olundu. Azərbaycan və NATO arasında qarşılıqlı anlaşma var və hər iki tərəf beynəlxalq təhlükəsizliyə qarşılıqlı töhfə verir”, - NATO Baş katibinin müşaviri bildirib.

O, Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yardımı qiymətləndirdiklərini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR