Baş Klinik Hospitalda tibbi təlim keçirilib - VİDEO

Baş Klinik Hospitalda tibbi təlim keçirilib - VİDEO
# 31 may 2022 14:56 (UTC +04:00)

Cari ilin hazırlıq planına uyğun olaraq Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin kursantlarına “Hospitala xəstə və yaralıların kütləvi qəbulu zamanı onların çeşidlənməsi, yerləşdirilməsi və tibbi yardımın göstərilməsi” mövzusunda təlim keçirilib.

MN-dən APA-ya verilən məlumata görə, təlim zamanı kursantlar xəstə və yaralıların qəbulu, onlara ilk tibbi yardımın göstərilməsi, müayinə, müalicə və qarşıya qoyulan digər tapşırıqları praktiki olaraq icra ediblər.
Vətən müharibəsində tibb sahəsində əldə edilən təcrübələrin tətbiq edilməsilə keçirilən təlimdə əsas diqqət kursantların nəzəri bilik və praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR