BMTİP-nin eksperti: Keçmiş təmas xətti minalardan təmizlənib

Steinar Essen

© APA | Steinar Essen

# 07 fevral 2023 13:56 (UTC +04:00)

Son iki ildə əhəmiyyətli dəyişikliklər görürük, qısa zaman içərisində böyük ərazilər minadan təmizlənərək hava limanları tikildi, bu böyük naliyyət idi.

APA xəbər verir ki, bunu BMTİP-nin minalardan təmizlənmə üzrə eksperti Steinar Essen Şuşada “ANAMA-nın imkanlarının artırılmasına dəstək” layihəsinin açılış mərasimində deyib.

O deyib ki, son iki ildə keçmiş təmas xətti minalardan təmizlənib.

"Ancaq indiyə qədər minalardan təmizlənmiş ərazilər ümumi minalanmış ərazilərin müəyyən bir faizini (10-20 %) əhatə edir. Gördüyünüz kimi bu çətin və zaman alan prosesdir, ancaq yeni texnologiyalar və dəstək bu prosesi sürətləndirə bilər. ANAMA yeni təşkilat deyil, o, artıq 20 ildən çoxdur bu sahədə işləyir, böyük təcrübəyə malikdir və bu prosesin əsas sütunudur. Azərbaycan bu prosesdə dəstək qəbul etməyə də açıq olduğunu elan edib və ən yaxşı təcrübəni buraya gətirmək üçün çalışır.
İndiyədək azad olunmuş ərazilərdən 85 min mina tapılıb ki, son iki il üçün bu inanılmaz statistikadır”.

Steinar Essen ANAMA-nın yeni texnologiyalardan istifadədə fəallıq nümayiş etdirdiyini vurğulayıb: “Hökumət minalardan təmizlənmə prosesində əsas töhfə verən tərəfdir, eyni zamanda Aİ və Britaniya da bu prosesə maliyyə dəstəyi verir. Müdafiə Nazirliyinin bu prosesdə rolunu da xüsusi qeyd etmək istərdim, onların müşahidə qabiliyyəti vacib rol oynayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR