BQXK: Münaqişə ilə bağlı 90-cı illərdən bəri regionda təqribən 4500 itkin düşmüş şəxs var

İlahə Hüseynova

© APA | İlahə Hüseynova

# 29 noyabr 2022 13:09 (UTC +04:00)

Münaqişə ilə bağlı 90-cı illərdən bəri regionda təqribən 4500 itkin düşmüş şəxs var.

APA xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. O bildirib ki, onlardan 3800 nəfəri BQXK-nın Bakı və Bərdə ofisləri tərəfindən qeydiyyata alınıb: “Biz təşkilat olaraq itkin düşən şəxslərin məlumatlarının toplanılması layihəsini həyata keçirmişik. Bu məlumatlar Dövlət Komissiyasında xüsusi data bazaya yazılaraq saxlanılır. Bundan başqa, itkin düşmüş şəxslərin ailələrindən bioloji nümunələr götürülüb. Bu nümunələr nəticəsində dövlət orqanları DNT profili çıxarıb. Bu da itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün vacib addımdır”.

İlahə Hüseynova qeyd edib ki, yerli mütəxəssislərin bilik və bacarıqlarının daha da genişləndirilməsi sahəsində mütəxəssis dəstəyi verirlər, onlarla birlikdə fəaliyyət göstərirlər:

“İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması dövlət öhdəliyidir. Biz ancaq dövlət orqanlarına dəstək verə bilərik. Bütün bu layihələrdə addım atan, qərar verən dövlət orqanlarıdır. Biz yalnız dəstək veririk. Dünya standartlarına uyğun tövsiyələrimizi dövlət orqanları ilə paylaşırıq”.

Səlcuq Elçin

Fuad Nazimoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR