Britaniyalı mütəxəssislər Azərbaycan Ordusunun zabitlərinə təlim keçir

Britaniyalı mütəxəssislər Azərbaycan Ordusunun zabitlərinə təlim keçir
# 25 yanvar 2023 16:44 (UTC +04:00)

Azərbaycan Silahlı Qüvvələrinin seçilmiş zabitlərinə minalardan təmizləmə sahəsində Böyük Britaniya mütəxəssisləri tərəfindən 2 həftəlik təlim keçirilir.

APA xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfirliyinin "Twitter" hesabında məlumat verilib.

Bildirilib ki, Böyük Britaniya Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilən bu proqram çərçivəsində zabitlərə Partlayıcı Təhlükələrdən Məlumatlılıq ilə bağlı bir çox sahələrdə nəzəri və praktiki təlimlər keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR