Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanıb

Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanıb
# 01 iyul 2022 12:14 (UTC +04:00)

Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb.

Bu barədə APA-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il iyunun 1-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncama əsasən 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.

Qeyd olunub ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması iyulun 30-dək davam edəcək: "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara hərbi xidmətlərində uğurlar arzulayır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR