Azərbaycan dənizçiləri hava hədəflərinə artilleriya atışlarında birinci olublar

Azərbaycan dənizçiləri hava hədəflərinə artilleriya atışlarında birinci olublar
  • Clock-gray 13:23
  • calendar-gray 14 Avqust 2019

“Dəniz kuboku - 2019” müsabiqəsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi gəmilərinin ekipajları hava hədəflərinə artilleriya atışları yerinə yetiriblər.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, bu mərhələdə komandalara şərti düşmənin təyyarəsi gəmiyə aviasiya bombası atdıqdan sonra hava hədəfinin artilleriya atəşləri ilə məhv edilməsi tapşırılıb.

Gəmilərin vaxtında gəlməsinə və hədəflərin məhv edilməsinə görə beynəlxalq hakimlər briqadası tərəfindən qiymətləndirmə aparılıb.

Mərhələnin nəticələrinə əsasən Azərbaycan komandası 38 balla birinci, Rusiya 19 balla ikinci, İran 16 balla üçüncü, Qazaxıstan dənizçiləri isə 12 balla dördüncü yerlərdə qərarlaşıblar.

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date