"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçirilən "Dəniz kuboku" müsabiqəsində Azərbaycan, İran, Qazaxıstan və Rusiya komandaları döyüş hazırlığı poliqonunda "Üzən mina hədəfinə atış" çalışmasını yerinə yetiriblər.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbər görə, çalışmanın şərtlərinə görə hərbi dənizçilər hərəkətdə olan gəmilərdən müəyyən məsafədə üzən mina hədəfini ümumilikdə 16 patron istifadə etməklə məhv ediblər.
Hərbi qulluqçularımız qarşıya qoyulan tapşırığı uğurla icra ediblər.
Sonda hədəfin məhv olunması və gəmilərin poliqonu tərk etməsi müddətinə əsasən, Azərbaycan və Rusiya komandaları bərabər xalla birinci, Qazaxıstan komandası ikinci, İran komandası isə üçüncü yerdə qərarlaşıb.
"Dəniz kuboku" müsabiqəsində komandalar "Üzən mina hədəfinə atış" çalışmasını yerinə yetiriblər - VİDEO
16 avqust 2022 19:03 (UTC +04:00)
Hərbi
Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib
11:23
19 aprel 2024
Hərbi Dəniz və Hərbi Hava qüvvələrinin Xəzərdə birgə taktiki təlimi keçirilib - VİDEO
11:19
19 aprel 2024
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq - VİDEO
13:17
18 aprel 2024
Azərbaycan Ordusunun aviasiya vasitələri təlim-məşq uçuşları keçirib - VİDEO
12:20
18 aprel 2024