"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçirilən "Dəniz kuboku" müsabiqəsində Azərbaycan, İran, Qazaxıstan və Rusiya komandaları döyüş hazırlığı poliqonunda "Üzən mina hədəfinə atış" çalışmasını yerinə yetiriblər.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbər görə, çalışmanın şərtlərinə görə hərbi dənizçilər hərəkətdə olan gəmilərdən müəyyən məsafədə üzən mina hədəfini ümumilikdə 16 patron istifadə etməklə məhv ediblər.
Hərbi qulluqçularımız qarşıya qoyulan tapşırığı uğurla icra ediblər.
Sonda hədəfin məhv olunması və gəmilərin poliqonu tərk etməsi müddətinə əsasən, Azərbaycan və Rusiya komandaları bərabər xalla birinci, Qazaxıstan komandası ikinci, İran komandası isə üçüncü yerdə qərarlaşıb.
"Dəniz kuboku" müsabiqəsində komandalar "Üzən mina hədəfinə atış" çalışmasını yerinə yetiriblər - VİDEO
16 avqust 2022 19:03 (UTC +04:00)
Hərbi
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
14:17
24 aprel 2024
Xəzərdə HDQ və FHN-in birgə taktiki təlimi keçirilir
13:04
24 aprel 2024
"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd olunub - VİDEO
18:56
23 aprel 2024
“Qubadlı” əlahiddə sərhəd diviziyasında əsaslı təmir olunan yaşayış binası istifadəyə verilib - VİDEO
16:06
23 aprel 2024