"Dəniz kuboku" müsabiqəsinin açılış mərasimi keçirilib - FOTO

"Dəniz kuboku" müsabiqəsinin açılış mərasimi keçirilib - FOTO
# 15 avqust 2022 19:47 (UTC +04:00)

Bakıda keçirilən "Beynəlxalq Ordu Oyunları -2022" yarışları çərçivəsində "Dəniz kuboku" müsabiqəsinin açılış mərasimi olub.

APA xəbər verir ki, təntənəli açılış mərasimində hərbçilər, ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin diplomatik təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

İştirakçı ölkələrin silahlı qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması, təcrübə mübadiləsi və hərbi qulluqçular arasında dostluq münasibətlərinin yaranması məqsədilə keçirilən yarışlar - "Tank biatlonu", Snayper həddi", "Artilleriya atəşinin ustaları", "Dəniz kuboku" müsabiqələri ilə keçiriləcək.

Müsabiqələr Rusiya, İran, Qazaxıstan və Azəribaycanda baş tutacaq. Bakıda keçirilən "Dəniz kuboku" yarışlarında Azərbaycan, İran, Qazaxıstan Hərbi Dəniz qüvvələrinin, həmçinin Rusiyanın gəmi heyətləri iştirak edir.

"Dəniz kuboku" - artilleriya atəşkəsləinin yerinə yetirilməsi, gəminin dayanıqlığı uğrunda mübarizə, xilasetmə hazırlığı və dəniz hazırlığı adlı üç mərhələdə keçiriləcək.

Qeyd edək ki, kubok iştikaçıları 5 ildir Azərbaycanın Xəzər dənizindəki sualında mübarizə aparırlar.

Müsabiqənin yüksək səviyyədə keçirilməsi üçün liman körpüləri, təlim məşq kompleksləri və digər təlim mərkəzləri tam hazır vəziyyətə gətirilib. Bundan başqa, "Beynəlxalq Ordu Oyunları - 2022" yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda yerləşən "Dostluq evində" Azərbaycan pavilyonu yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR