"Dəniz kuboku"nda artilleriya atışı epizodu üzrə tapşırıqlar yerinə yetirilib - FOTO

"Dəniz kuboku"nda artilleriya atışı epizodu üzrə tapşırıqlar yerinə yetirilib - FOTO
# 17 avqust 2022 18:55 (UTC +04:00)

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində hərbi dənizçilər “Artilleriya atəşlərinin yerinə yetirilməsi üzrə yarış” mərhələsinin “Dəniz hədəfi üzrə artilleriya atışı” epizodu üzrə tapşırıqları yerinə yetiriblər.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, epizodun şərtlərinə əsasən 3000 metr məsafədə yerləşən kiçik ölçülü dəniz hədəflərinə artilleriya atışları yerinə yetirilib. Hədəfin məhv edilməsi üçün artilleriya qurğularının heyətlərinə 40 ədəd mərmi verilib.
Tapşırığın icrası zamanı dəniz hədəfi kimi xüsusi quraşdırılan gəmi lövhəsindən istifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR