“Dəniz kuboku”nda iştirak edəcək komandanın hazırlıq məşqləri davam edir - FOTO

“Dəniz kuboku”nda iştirak edəcək komandanın hazırlıq məşqləri davam edir - FOTO
# 11 avqust 2022 19:40 (UTC +04:00)

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak edəcək komandamız plana uyğun olaraq hazırlıq məşqlərini davam etdirir.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, hərbi dənizçilərimiz "Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə” epizodu üzrə məşq çalışmalarını yerinə yetiriblər.

Qeyd edək ki, cari ilin avqust ayının 15-dən 25-dək keçiriləcək beynəlxalq müsabiqədə Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi dənizçiləri mübarizə aparacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR