“Dəniz kuboku”nda növbəti mərhələ üzrə tapşırıqlar icra olunub - FOTO

“Dəniz kuboku”nda növbəti mərhələ üzrə tapşırıqlar icra olunub - FOTO
# 19 avqust 2022 19:00 (UTC +04:00)

"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçirilən "Dəniz kuboku" müsabiqəsində növbəti mərhələ üzrə tapşırıqlar icra olunub.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, hərbi dənizçilər müsabiqənin "Dəniz hazırlığı" mərhələsində gəminin lövbərə və çəlləyə dayanması tapşırıqlarını yerinə yetiriblər.
Hakimlər komissiyasının qərarına əsasən bu mərhələdə İran komandası 40 xalla birinci, Rusiya komandası 38 xalla ikinci, Azərbaycan və Qazaxıstan HDQ-nin komandaları isə 32 xalla üçüncü yerə layiq görülüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR