Deputat: Döyüşdə hərbçilərin çəkiliş aparması yolverilməzdir, qanunvericiliyə dəyişiklik edilməlidir

Deputat: Döyüşdə hərbçilərin çəkiliş aparması yolverilməzdir, qanunvericiliyə dəyişiklik edilməlidir
# 16 sentyabr 2022 14:32 (UTC +04:00)

“Döyüş əməliyyatlarına və posta gedən hərbçilərin mobil telefon və ya hansısa çəkiliş aparatının olması yolverilməzdir. Biz bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı təşəbbüslə çıxış etməliyik”.

APA xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deputat Bəxtiyar Sadıqov deyib.

O bildirib ki, son təxribatlar zamanı da hərbçilərimizin videoçəkilişlər edib yaymasını gördük. “Bu çəkilişlər düşmənə koordinasiyanı müəyyən etməyə imkan verir, hesab edirəm ki, bu cür çəkilişlər yolverilməzdir və bunun qarşısının alınması üçün qanunvericiliyə mümkün dəyişikliyi etməliyik”.

Komitə sədri Ziyafət Əsgərov isə qeyd edib ki, bununla bağlı məsələ müzakirə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR