DSX Akademiyasına qəbul elan edilib

DSX Akademiyasına qəbul elan edilib
# 06 yanvar 2022 10:54 (UTC +04:00)

Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasına qəbul elan olunub.

DSX-dan APA-ya verilən məlumatına görə, qəbul “Sərhəd təhlükəsizliyi və idarəetmə” və “Dəniz naviqasiyası mühəndisliyi” ali təhsil ixtisasları üzrə aparılacaq.

Nami­zədlər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcək.

Akademiyaya qəbul olmaq istəyən kişi namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

Ərizə; anket (anketdə soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşa­dığı yerin ünvanı, təhsili, telefon nömrələri (şəhər və mobil) və s. göstərilməlidir);
tərcümeyi-hal; özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, h/yoldaşı, övladları, h/yoldaşının atası, anası, bacısı, qardaşı və s.) şəxsiyyət vəsiqələrinin surətləri;
attestatın notariat orqanları tərəfindən təs­diq edilmiş surəti və ya attestat alınanadək namizədin orta məktəbin 11-ci sinfində oxuması haqqında arayış;
orta-ixtisas təhsili haqqında sənədin notariat orqanları tərəfindən təs­diq edilmiş surəti; yaşayış yerindən arayış; doğum haqqında şəhadətnamənin surəti; valideynlərin nigah haqqında şəhadətnaməsinin surəti; 4 (dörd) ədəd rəngli fotoşəkil (baş geyimsiz, qırmızı fonda, 3x4 sm ölçüdə).
Dövlət Sərhəd Xidmətinin Akademiyasında təhsil almaq arzusunda olan Azər­baycan Respublikası vətəndaşları aşağıdakı tələblərə cavab verməlidirlər:

Hərbi xidmətdə olmayanlar üçün – 2022-ci ildə 17 yaşı tamam olmalı və 20 yaşı tamam olmamalıdır.

Hərbi xidmətdə olanlar üçün – DSX Akademiyasına qəbul olunduğu tarixədək 23 yaşı tamam olmamalıdır. Müraciət edən şəxslər tam orta və ya orta-ixtisas təhsilinə malik, fiziki cəhətdən sağlam olmalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR