DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil edib

DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil edib
# 09 may 2022 14:12 (UTC +04:00)

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş təşkil edib.

DTX-nın İctimai əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəklərində düşərgə salaraq, tam heyətdə müəyyən olunmuş marşrut üzrə “Heydər zirvəsi”nə qalxıblar.

“Ümummilli Liderin barelyefi önündə onun əziz xatirəsini dərin ehtiramla yad edən heyət orada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldılıb”, - qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR